Dünya şöhrətli müğənni Madonnanın sevgilisi Timor Steffinsdən niyə ayrıldığı məlum olub.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, müğənninin 17 yaşlı qızı Lurdes, anasının yeni sevgilisinə aşiq olub. 26 yaşlı Steffins isə bu məhəbbətə qarşılıq verib.
Qeyd edək ki, Timorla Lurdesin arasında cəmi 9 yaş fərq var. Madonna isə keçmiş sevgilisindən 30 yaş böyük idi.
Timorun qızıyla əlaqəsindən xəbər tutaraq dəhşətə gələn “pop kraliçası” onu dərhal evindən qovub.