“Huzur sokağı” (”Hüzur küçəsi”) serialının tanınmış aktyoru Kutsi ikinci dəfə ata olacaq.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, 8 illik bərabərlikdən sonra 2008-ci ildə Sinəm Bayraqtutarla ailə quran müğənni-aktyorun qız övladı dünyaya gələcək. Sənətçinin xanımı hamiləliyinin 4-cü ayındadır.
Qeyd edək ki, bir müddət əvvəl Kutsi adıçəkilən serialda tərəfdaşı olan aktrisa Feyza Çıpa ilə eşq yaşamağa başlamış və bu səbəbdən xanımı və qızı onu tərk edərək Amerikaya getmişdi.
Lakin serialın qurtarması ilə F.Çıpa ilə münasibətləri bitən sənətçi peşman olmuş və ailəsinə geri dönmüşdü. Sinəm isə hamilə olduğu üçün həyat yoldaşını bağışlamışdı.
Qeyd edək ki, Kutsi ilə Sinəmin Ceylin Ada adlı 5 yaşlı bir qızı da var.