Coan və Cessi Barker əkiz bacıları 90 ildir ki, bir-birlərindən ayrılmırlar.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, illərdir hər gün eyni yeməkləri yeyib, eyni paltarları geyinən, hətta saçlarını eyni kəsdirən bacılar heç vaxt ailə qurub, övlad sahibi olmayıblar. 6 il öncə bir-birlərindən ayrılmağa cəhd edən əkizlər bunu axıradək davam etdirə bilməyiblər.
Belə ki, 20 dəqiqə fərqlə dünyaya gələn Coan və Cessi iki ayrı evə köçmüş, lakin daha sonra yenidən birlikdə yaşamaq qərarına gəlmişlər. Anaları Alis də onları hətta alt paltarlarına kimi eyni geyindirirmiş.
Birlikdə məktəbə, işə gedib-gələn bacılar mağazadan lazım olan şeyləri bir-birlərinə söyləmədən də sifariş edə bilirlər. Çünki hər ikisinin istəyi də oxşardır. Onlar toxuculuq, bağ işləri ilə məşğul olurlar və bundan sonra da ayrılmağı düşünmürlər.