Türkiyəli müğənni-aktyor Kərəmcəmdən maraqlı xəbər var.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, ifaçı iki ildir birlikdə olduğu sevgilisi, aktrisa Seda Güvənə iyunun 17-də anasının üzüyü ilə 120 nəfərin qarşısında evlilik təklifi edib. Həmin vaxtdan etibarən gizlədilən bu məlumat bu gün Türkiyə mediasının əsas gündəminə çevrilib.
Qeyd edək ki, vaxtilə anasının dediyi “Kərəmcəm nə vaxtsa evlilik təklifi edərsə, istəyərdim ki, mənim üzüyümlə bu addımı atsın” sözlərini unutmayıb və onun arzusunu gerçəkləşdirib.
Bu təklif qarşısında şoka düşən Seda isə sevincindən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, ad günü məclislərindən birində baş verən bu hadisədən sonra cütlük toy tarixi barədə heç nə deməyib.