Türkiyəli müğənni Yonca Evcimik yeni çıxan albomu “15”ə ad günündə təqdimat edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, dostları ilə əyləncə məkəzlərindən birinə gedən ifaçı üstünə 15 yazılan tortu ilə fotoqraflara pozlar verib.
Həmkarı Hande Yener və Berksanın dueti “Haberin varmı”nın özünə aid olduğunu iddia edən Yonca bununla bağlı suallara əsəbi cavab verib:
“Bununla bağlı danışmaq istəmirəm. Mən nə olduğunu bir dəfə açıqladım. Heç kim məni təhqir edə bilməz. Hamı həddini bilsin”.