Türkiyəli müğənni Sinan Akçılın döyməsindəki yanlışlıq üzə çıxıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ifaçının “Əl həmd” (şükür) sanaraq etdirdiyi döymənin mənasını ərəb dilini bilənlər açıb.
Belə ki, qeyd olunan söz əvəzinə S.Akçılın boynuna “ilham” ifadəsi yazılıbmış. Müğənni vaxtilə müsahibələrinin birində “Bu söz “əl həmd”, yəni “şükür” deməkdir. Özüm yazıb Mayamidə etdirmişəm. Çünki Allahla bağlılığıma çox inanıram” demişdi.
Lakin Sinan Akçıl ciddi bir xətaya yol veribmiş.