Birinci xanıma həsr olunan kitab təqdim edildi - fotolar
Ölkə
12:19 / 10.09.14
1587dəfə oxunub
A-
A
A+
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunan kitabı təqdim edilib.
Axşam.az-ın məlumatına görə, kitabda Heydər Əliyev Fondunun prezidentinin ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti diqqətə çatdırılmaqla yanaşı, Mehriban Əliyevaya məxsus keyfiyyətlər ayrı-ayrı hadisələrin fonunda təqdim olunub.
“Mehriban” adlı kitabda ölkənin birinci xanımının Vətənə və xalqa sevgisi, müxtəlif məsələlərə yanaşması, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq həyata keçirdiyi işlər, onun hər bir məsələdə insanların maraqlarını rəhbər tutması əksini tapıb.