Gənc müğənni Castin Biber Nyu-York moda həftəsinə həsr olunan tədbirlərin birində səhnədə soyunub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni Rita Oranı təqdim etmək üçün səhnəyə çıxan Castin son vaxtlar başına gələn hadisələrə görə tamaşaçılar tərəfindən isti qarşılanmayıb.
Bu münasibətdən özünü itirməyən ulduz çıxışını şouya çevirib. Əynində açıq-mavi pencək, cins şalvar və qara köynək olan müğənni aparıcıya müraciət edərək, “Özümü bu paltarda rahat hiss etmirəm, soyunsam olar?” sualını səsləndirib.
Kanadalı ifaçı aparıcıdan cavab gözləmədən soyunmağa başlayıb və əynində alt paltarından başqa heç nə saxlamayıb. Bədənini nümayiş etdirən 20 yaşlı ulduz, tamaşaçıların diqqətini cəlb etməyi bacarıb.
Xatırladaq ki, gənc yaşda milyonların sevgisini qazanan Biber şöhrətdən özünü itirib. O, spirtli içki və narkotik maddələrə qurşanaraq bir neçə dəfə həbs olunub.