"İndi də bu hərəkətimiz örnək olsun"

"İndi də bu hərəkətimiz örnək olsun"
1163 dəfə oxunub
  • A-
  • A
  • A+

"Möhtəşəm görüş idi. Biz ikimiz tək görüşməli idik. Göyün yeddinci qatında görüşdük. Ən əsas işlərinizi göyün yeddinci qatında edin: sizə mane olan yoxdur. Röya ilə mənim görüş olmalı idi. Karma ili ikinci ildir davam edir. Bir-birimizi anlamağımız, dinləməyimiz, çörək kəsdik, anlaşılmazlıqlara son qoyduq".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Afaqla 10lar" verilişində deyib. Pop kraliça həmkarı Röya Ayxanla barışığından danışıb:

"Biz hər zaman layihələrimizlə örnək olmuşuq. Bu dəfə də bu addımımızla örnək olaq. Can deyib, can eşidək. Bu zaman dünya dəyişir, gözəlləşir. Ətrafda sənə baxanlar da enerjini avtomotik alır".