Türkiyəli aktrisa Tuba Ünsal gecə libası ilə alış-veriş mərkəzində gəzərkən paparasilərin fotokameralarına tuş gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, fotokameraları görüb həyəcanlanan aktrisa qaçaraq əczaxanaya girib.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Tuba “Qonşumun uşağı xəstələnib. Kömək üçün tələsik evdən çıxdım. Ona görə də bu libasdayam” deyə bildirib.