Bəstəkar Sevinc Tofiqqızı Türkiyədə daha bir mükafata layiq görülüb.
Axşam.az-ın məlumatına görə, Türkiyə-Azərbaycan arasındakı mədəni əlaqələr yolunda atdığı addımlarla şöhrət qazanan bəstəkar “Atatürk, 23 Aprel Uşaq Bayramı”na və baş nazirliyi dövründə Rəcəb Tayyib Ərdoğana həsr etdiyi musiqi parçalarıyla diqqəti öz üzərinə çəkmişdi. Bununla əlaqədər olaraq, S.Tofiqqızına “Başarılı Nişanı” mükafatı təqdim edilib. Mükafatı bəstəkara Ankara Mədəniyyət və İncəsənət Platforması başçısı - pedaqoq və yazıçı Sultan Özateş verib.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyi, Türkiyənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ankaraya gedən Sevinc Tofiqqızı bir neçə gün öncə Kərkük Mədəniyyət Dərnəyinə və Türk dünyasına göstərmiş olduğu xidmətlərinə görə də mükafatlandırılmışdı.