Türkiyəli məşhurlar “Ledi Qaqa partisi”ndə - fotolar

Türkiyəli məşhurlar “Ledi Qaqa partisi”ndə - fotolar
3750 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Ledi Qaqanın sentyabrın 16-da Türkiyədə verəcəyi konsertlə əlaqədar ötən gün İstanbulda - “Four Seasons Bosphorus Aqua”da “Ledi Qaqa partisi” təşkil edilib.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, türkiyəli məşhurlar əyləncə gecəsinə L.Qaqanın geyim tərzinə uyğun libaslarda qatılıblar. Belə ki, bir-birindən maraqlı dizaynı olan paltarlar xüsusi diqqət çəkib. Müğənni Tuba Özerk partiyə Tanju Babacanın yumurta şlyapalı libası ilə yollanıb.
 
Modelyer Zeynəb Tosunun 2500 ədəd cipsdən hazırladığı paltar isə ziyafət gecəsinin ən çox diqqət cəlb edən geyimi olub.

Məclisə, həmçinin, Şeyma Subaşı, Yasmin Ərbil, İdil Fırat, Özləm Yıldız, Hande Acar, Ayşe Hatun Önal kimi sayılıb-seçilən simalar da qatılıb.