Ukraynalı oriental rəqqasə Bakıda dərs keçəcək - fotolar

Ukraynalı oriental rəqqasə Bakıda dərs keçəcək -  fotolar
3414 dəfə oxunub
  • A-
  • A
  • A+
Ukraynanın əməkdar artisti, rəqqasə Alla Kuşnirin sentyabrın 7-nə olan Bakı səfəri təxirə düşüb.

Axşam.az-ın məlumatına görə, buna səbəb sənətçinin paytaxtımızda rəqs məktəbi açmasıdır. Bu haqda əməkdaşımızla söhbətində aparıcı Zemfira Adıgözəlova deyib:

“Rəqs məktəbinin açılışı olacaq. Eyni zamanda da Alla Bakıda konsert verəcək. Səfər zamanı hər iki layihəni gerçəkləşdirmək istədik. Buna görə də, onun gəlişi təxirə salındı. Əgər ayın 7-də gəlsəydi, burada 4 gündən artıq qala bilməzdi. Onun başqa ölkələrdə konsertləri var. Oktyabrda Bakıya gələcək, Yeni ilə qədər burada qalması gözlənilir. Alla paytaxtımızda master-klasslar keçəcək. İndidən onun qəbuluna yazılan məşhurlarımız var. İllərin rəqqasələri ondan dərs almaq istəyirlər. Alla uzun müddət burada qala bilməyəcək. Məktəbin bütün səlahiyyəti məndə olacaq. Çalışacam ki, oriental rəqsi bizim ölkədə də inkişaf etdirim. Hətta xarici rəqqasələri dəvət edəcəyik, bu məktəbdə master-klasslar keçəcəklər”.