Amerikalı müğənni Keti Perri "Harpers Bazaar" dərgisinin Rusiya versiyası üçün fotosessiya etdirib.
Axşam.az-ın xəbərinə görə, ifaçı şəkilləri ilə yanaşı açıq-saçıq müsahibəsiylə də diqqət çəkib.
"Tezliklə 30 yaşım olacaq. Sevgili tapmaq şansım daha da azalır. İstəyirəm ki, münasibət quracağım kişinin yumor hissi olsun, məni güldürsün, problemləri unutdursun. Eyni zamanda o, musiqidən anlasın, hissiyatlı və intellekt sahibi olsun. Mən başqa insanlarla da münasibətim qurmuşam. Təəssüf ki, hamısı anlaşılmazlıq ucbatından bitib" - deyə K.Perri bildirib.
29 yaşlı Ketinin sözlərinə görə, onunla tanış olmaq elə də asan deyil:
“Tanışlıqları əsasən dostlarım və onların yaxınları vasitəsiylə qururam. Biz tez-tez nahar hazırlayır və söhbət edirik".