“Ceyms Bond” filmlərində canlandırdığı cani obrazlarıyla tanınan aktyor Riçard Kiel 74 yaşında dünyasını dəyişib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 1977-ci ildə çəkilən “The spy who loved me” (“Məni sevən casus”) və 1979-cu il istehsalı olan “Moonraker” (“Ay yarışçısı”) filmlərindəki performansı ilə yaddaşlarda iz qoyan aktyor Kaliforniyada xəstəxanada həyatla vidalaşıb. Kielin ölüm səbəbi haqqında ətraflı məlumat verilmir.
Boyunun uzunluğu ilə də (2 metr 18 santimetr) məşhur olan Riçard 1939-cu ildə Amerikanın Miçiqan ştatında dünyaya gəlib. Bu günə qədər “Happy Gilmore” (“Xoşbəxt Qilmor”), “Street of hate” (“Nifrət küçəsi”), “The Incredible Hulk” (“İnanılmaz Halk”) kimi məşhur filmlərdə çəkilib. “Ceyms Bond”dakı Cyus (Jaws) obrazını canlandırmaqdan ötrü “Ulduz savaşı” filmindəki Darth Vader rolundan imtina etmişdi.