Türkiyədə çəkiliş meydançasında ölüm hadisəsi baş verdi

Türkiyədə çəkiliş meydançasında ölüm hadisəsi baş verdi
8821 dəfə oxunub
  • A-
  • A
  • A+
“Star” kanalında yayımlanan “Qaçaq gəlinlər” serialının çəkiliş meydançasında ölüm hadisəsi baş verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, heyət işçilərindən biri – Engin Küçüktopuz infarkt keçirərək dünyasını dəyişib. Buna səbəb kimi ağır iş rejimi göstərilir.

Belə ki, mərhum 3 gün ərzində 45 saat işləyib. Nəticədə çəkilişlər bitdikdən sonra onun halı qəflətən pisləşib və həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, adıçəkilən serialla bağlı daha öncə də xoş xəbərlər yayılmamışdı.
 
Bir müddət əvvəl çəkiliş heyətində çalışan 17 yaşlı xanıma personalı daşıyan sürücülər tərəfindən təcavüz olunması xəbəri Türkiyə gündəmini çalxalamışdı. Lakin filmin prodüser şirkətinin açıqlamasında həmin şəxslərin serialla heç bir əlaqəsi olmadığı və hadisə barədə artıq polisə şikayət edildiyi deyilmişdi.