Dünya gözəlləri Bakıda bu libasları geyinəcəklər - fotolar
Xəbər
13:36 / 13.09.14
2673dəfə oxunub
A-
A
A+
89-cu "Miss Globe International"ın finalçıları modelyer-dizayner Günel Behbudovanın gecə libaslarından istifadə ediblər.
Axşam.az-ın məlumatına görə, ötən gün moda evinin qonağı olan gözəllər əlbisələr seçiblər. Gözəllər sözügedən libasları sabah müsabiqənin finalında geyinəcəklər.
Müsabiqə sabah "Baku Crystall Hall"da keçiriləcək. Finalçılar saat 19:00-da qırmızı xalça üzərindən keçəcəklər, saat 21:00-da isə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq bayram gecəci başlayacaq.
Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy, İnna və Rumıniyanın "Radio Killer" qrupu var.