Balaca itlərə xüsusi simpatiyası olan müğənni Paris Hilton, it kolleksiyasını artırıb.Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, ulduz bu dəfə dünyanın ən balaca itinin sahibi olub. “Hilton” otellər şəbəkəsinin zəngin varisi bu iti 13 min dollara əldə edib.
33 yaşlı Paris “İnstaqram” səhifəsində bəyaz itinin şəkillərini paylaşıb.
Qeyd edək ki, küçüyün çəkisi cəmi 285 qram, uzunluğu isə 7 sm-dir. Dünyada bu balacaya tay tapmaq mümkün deyil.