Kanadalı müğənni Castin Biber və sevgilisi, aktrisa Selena Qomez birlikdə boks yarışını izləyiblər.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, gənc ulduzlar yarış öncəsi “Hard Rock” otelində romantik gün keçiriblər. Tez-tez küsüb barışan cütlük oteldə 6 mühafizəçi tərəfindən qorunub. Görüntülənməkdən çəkinməyən Castindən fərqli olaraq, Selena kameralardan qorunmaq üçün qaranlıq yerlərə qaçıb.
İfaçının “İnstaqram” səhifəsində paylaşdığı selfisində də aktrisa üzünü gizlədib.
Xatırladaq ki, iyunda birdəfəlik yollarını ayırdıqlarını bildirən cütlük avqustda yenidən barışıb. Hətta Selena Castinin ailəsini ziyarət etməyə də yollanıb.