Corc Kluninin keçmiş sevgilisi ondan qabaq evləndi - fotolar

Corc Kluninin keçmiş sevgilisi ondan qabaq evləndi - fotolar
1790 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Corc Kluninin keçmiş sevgilisi, italiyalı aparıcı Yelizavetta Kanalis ailə qurub.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Kanalislə sevgilisi Brayn Perrinin toyu İtaliyanın Alqero şəhərində baş tutub.

Xatırladaq ki, Yelizavetta şöhrətini Corc Kluniyə borcludur. Belə ki, o, dünya şöhrətli aktyorla uzun zaman birlikdə olmuş və bu müddət ərzində maqazin dünyasının diqqətini öz üzərinə çəkmişdi. Hər kəs onların evlənəcəyini gözləsə də, cütlük qəfil qərarla ayrılmağa qərar vermişdi.

Qeyd edək ki, Corc Kluni də nişanlısı, vəkil Amal Alamuddinlə bu həftə İtaliyada nikah masasına əyləşəcək.