Şahzadə tanınmış müğənni ilə qucaqlaşarkən - fotolar

Şahzadə tanınmış müğənni ilə qucaqlaşarkən - fotolar
1635 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərədə keçirilən “İnvictus” (“Yenilməz”) parolimpiya oyunlarının təşkilatçısı, Uels şahzadəsi Harri oyunların bağlanış mərasimində məşhur müğənni Elli Qoldinqlə səhnə arxasında qucaqlaşarkən görüntülənib.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Elli Qoldinq şahzadənin yaxın dostlarından biridir və bu, müğənninin kral ailəsi qarşısındakı ilk çıxışı deyil. Daha öncə Elli Şahzadə Uilyam və Keyt Midltonun toy mərasimində də iştirak edib.

Xatırladaq ki, bu gün Şahzadə Harrinin 30 yaşı tamam olur. O, bu gündən etibarən anası, Şahzadə Diananın geri qalan mülkünün varisidir. Vərasət sözləşməsinə əsasən, monarx 10 milyon funt sterlinqlə yanaşı, anasının dəyərli əşyalarını da əldə edəcək. Onların içində Diananın gəlinlik libası da var.

Qeyd edək ki, Şahzadə Diananın mülkünün digər hissəsi 2012-ci ildə 30 yaşı tamam olan böyük oğlu Uilyama çatıb.