Ancelina Coli gəmidə sürprizlə qarşılaşdı - fotolar

Ancelina Coli gəmidə sürprizlə qarşılaşdı - fotolar
2025 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Ancelina Coli gəmi göyərtəsində görüntülənib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Coli həyat yoldaşı Bred Pittlə birlikdə Maltada həm bal ayına çıxıb, həm də film çəkilişindədir. Dəniz səyahətinə hazırlaşan 39 yaşlı aktrisa sürprizlə qarşılaşıb.
 
Belə ki, Ancelina göyərtəyə qalxan zaman başda kapitan olmaqla, gəminin bütün heyəti onu hərbi salamla qarşılayıb. Matroslarla əhatələnən aktrisa bu isti münasibətdən təsirlənib.

Xatırladaq ki, məşhur cütlük hazırda A.Colinin ssenari müəllifi olduğu filmin çəkilişinə hazırlaşır. Aktyorlar ekran işində də evli cütlüyü oynayacaq.
 
Bal ayında olan ulduzlar çəkiliş meydançasında ailə həyatı ağır keçən, hətta sonlanmaq üzrə olan qəhrəmanları canlandıracaqlar.