"Amerika gözəli" rusəsilli xanım oldu – fotolar

"Amerika gözəli" rusəsilli xanım oldu – fotolar
1555 dəfə oxunub
  • A-
  • A
  • A+
“Miss America 2014” müsabiqəsinin builki qalibi 23 yaşlı “Miss New York” gözəli Kira Kazantseva olub.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əslən Rusiyadan olan Kira qalib gəldiyini eşidincə təəccübünü gizlədə bilməyib. Onu ilk təbrik edən isə anası Culiya Kazantseva olub.

Qeyd edək ki, K.Kazantsevanın valideynləri 1990-cı illərdə Moskvadan Amerikaya köçüblər. Kira ixtisasca hüquqşünasdır, rus və ispan dillərini bilir, politologiya, coğrafiya ilə maraqlanır. O, bu yarışmadan 50 min dollar alıb və eks gözəl Nina Davuluri qiymətli tacı Kiraya təhvil verib.