Hollivud ulduzu Nikol Kidman həyatının ən ağır günlərini yaşayır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, keçən həftə atasını itirən Nikol həmin vaxtdan ailəsinin Avstraliyadakı evindədir. 47 yaşlı ulduzun həyat yoldaşı Kit Urban çətin günlərində aktrisanın yanındadır.
Atasının ölümü ilə şoka düşən N.Kidman göz yaşlarını gizlətmək üçün qara günəş eynəyi taxır.
Xatırladaq ki, aktrisanın atası psixoloq Antoni Kidman keçən həftə Sinqapurda yaşayan qızı Antoniyanı ziyarət etməyə getdiyi zaman qaldığı otelin yeməkxanasında yıxılaraq vəfat etmişdi. Polislər Kidmanın müəmmalı ölümünün səbəblərini araşdırmağa başlayıb.
Qeyd edək ki, Kidmanlar ailəsi sonuncu dəfə yanvarda Antoni ilə həyat yoldaşı Canellenin evliliklərinin 50 illik yubileyində bir araya gəlmişdi. Nikol Kidman isə axrıncı dəfə atası ilə avqustda Nyu-Yorkda görüşüb.