İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.
Axşam.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla, ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.