Türkiyəli müğənni Işın Karaca Yunanıstandan deportasiya olunub.
Axşam.az xəbər verir ki, bu haqda müğənni videoaçıqlama yayıb. O bildirib ki, buna səbəb 2024-cü ildə verdiyi konsert olub:
"Paytaxt Afinaya girişim məhdudlaşdırıldı. 2024-cü ildəki konsertimdə “Ne mutlu türküm diyene” və “İzmirin dağlarında çiçekler açar” marşlarını səsləndirdiyim üçün bunu ediblər. Qızım və həyat yoldaşımın Afinaya girişlərinə icazə verildi, amma mən deportasiya edildim. Mənimki milli məsələ imiş. Bu, həyatımda heç vaxt görmədiyim mənasız bir davranışdır. Bir stəkan su verən belə yoxdur. Saatlarla buradayıq. Bizi ölkəmizə qaytaracaqlar. Turist olaraq gəldiyimiz yerdə düşmən elan edildik. Təşəkkürlər, Yunanıstan!".