Corc Kluninin toyuna dəvət olunan məşhurların siyahısı

Corc Kluninin toyuna dəvət olunan məşhurların siyahısı
1102 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Corc Kluni ilə vəkil Amal Alamuddinin İtaliyada baş tutacaq toyuna dəvət olunan məşhurların siyahısı açıqlanıb.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, qonaqların siyahısını italyan qəzeti “Della Sera” aşkar edib. Qəzet xəbər verir ki, 3 gün davam edəcək tədbir Böyük Kanalın sahilində yerləşən və 14-cü əsrdə inşa edilmiş sarayda yekunlaşacaq.

Toyda Kluninin ulduz dostlarından Bono (“U2” qrupu), Ellen Barkin, Sandra Ballok, Met Deymon, Bred Pitt, Ancelina Coli, Culiya Roberts və Lana Del Rey iştirak edəcəklər.

Qeyd edək ki, Lana Del Rey, həmçinin, məclisdə səhnə alacaq.