Konsertinə gələnlərə belə təşəkkür etdi - fotolar

Konsertinə gələnlərə belə təşəkkür etdi - fotolar
2288 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədən sonra Yunanıstanda konsert verən Ledi Qaqa onu izləməyə gələnlərə təşəkkür əlaməti olaraq səhnəyə ölkənin bayrağına bürünərək çıxıb.
 
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, konsertə yollanan 20 min izləyici ifaçının bu hərəkətini alqışlarla qarşılayıb. Sənətçi yunanları çox sevdiyini və keçmişdə yunan sevgilisi olduğunu bildirib:

“Sevgilim mənə həmişə deyərdi ki, sən bir gün ulduz olacaqsan”.

3 saat davam edən konsertdə Ledi Qaqa əsrarəngiz libasları və məşhur mahnıları ilə tamaşaçılara xoş dəqiqələr yaşadıb.