İş xanımı Ruhi Əliyevanın adından dələduzluq edilib.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Ruhi Əliyeva adından saxta profil yaradılaraq xəstə uşaqlar üçün pul yığıldığını bildirib:
“Feysbukda adımdan istifadə edilərək saxta profil yaradılıb. Həmin hesabdan canlı yayım açılaraq mənim görüntülərimdən istifadə edib xəstə uşaqlara yardım adı ilə pul toplanılır. Təəssüflə bildirirəm ki, həmin profil vasitəsilə insanlar aldadılır, mənim etibarım və nüfuzumu zədələməyə çalışırlar.
Hər kəsə bildirmək istəyirəm ki, bu profil mənə məxsus deyil və burada səslənən fikirlərə, eləcə də elan edilən "yardım kampaniyalarına" inanmayın.
Qeyd edim ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm".