Ülviyyə Mahmudova oğlu ilə atçılıq turnirini izlədi - fotolar

Ülviyyə Mahmudova oğlu ilə atçılıq turnirini izlədi -  fotolar
4020 dəfə oxunub
  • A-
  • A
  • A+
Binə Atçılıq Mərkəzinin açıq manejində atçılıq idmanının konkur növü üzrə CSI2* kateqoriyalı "Odlar Yurdu Kuboku" Beynəlxalq turnirinə yekun vurulub.

Axşam.az-ın məlumatına görə, 18-20 sentyabr tarixlərində keçirilən yarışda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İtaliya və Almaniya idmançıları iştirak ediblər. Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyasının nəzarət etdiyi yarışın sonuncu günündə idmançılar 145 santimetrlik maneələr aşmaq üçün yarışıblar.


Ümumi mükafat fondu 44 min manat təşkil edən turnirdə Almaniya təmsilçisi Andreas Ripke uğurla çıxış edib. İdmançı "Zidane D" ləqəbli atla birinci, "Tall boy MNM" ləqəbli atla isə üçüncü olub. Azərbaycan çaparı Elmar Abdullayev "David" ləqəbli atla gümüş medala sahib olub.


“Nargis” nəşriyyat evinin rəhbəri, "Buro247.az" saytının baş redaktoru Ülviyyə Mahmudova da yarışı oğlu ilə izləyib.

Buro247.az