Dilarədən Oqtay Əliyevlə bağlı duyğusal xatirə - Video

Dilarədən Oqtay Əliyevlə bağlı duyğusal xatirə - Video
1139 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Dilarə Əliyeva "Soy" prodakşının rəhbəri, mərhum həyat yoldaşı Oqtay Əliyevin doğum günü münasibətilə xüsusi xatirə layihəsi hazırlayıb.

Axşam.az xəbər verir ki, sözügedən videoçarx ilk dəfə "Xəzər axşamı" verilişinin efirində nümayiş olunub.

Ekran işində aktrisa Xalq artisti Xanım İsmayılqızının müəllifi olduğu "Bir də gəl" şeirini səsləndirib. Videomaterialda Dilarə Əliyeva və Oqtay Əliyevin birgə arxiv görüntülərinə yer verilib.

Qeyd edək ki, iyunun 19-da dünyaya gələn Oqtay Əliyev 2023-cü il martın 22-də baş vermiş ağır avtomobil qəzası nəticəsində dünyasını dəyişib.