Türkiyəli müğənni Sərdar Ortaçın həyat yoldaşı Xloe Luqnan vətəni İrlandiyaya gedib.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, Xloe doğuşa yaxın hamilə anası Lusi Luqnanın yanında olmaq üçün öz ölkəsinə yollanıb.
Xatırladaq ki, 44 yaşlı müğənninin 38 yaşlı qaynanası iyunun 6-da Sərdarla Xloenin toyunda iştirak etmək üçün istanbula getmişdi.
Doğuşuna az qalan Lusi Luqnan iki qızından sonra oğul övladına sahib olacaq.