Ölkə başçısı İlham Əliyevin qızı Leyla Əliyevanın və müğənni-bəstəkar Eminin əkizləri məktəbə gedir.
Axşam.az-ın məlumatına görə, bu haqda Emin İnstaqram səhifəsində yazıb.
O, övladları Əli və Mikayılla fotosunu paylaşaraq “Gec oldu, amma sonda məktəbdəyik, ilk günümüz” sözlərini yazıb.
Qeyd edək ki, bununla yanaşı Emin oğlanları ilə Bakıdakı istirahət mərkəzində dincələrkən çəkdirdiyi şəkillərini də İnstaqram səhifəsində paylaşıb.