Cem Yılmaz partisinə oriental rəqqasə dəvət etdi - fotolar
Dünya
10:32 / 24.09.14
1289dəfə oxunub
A-
A
A+
Türkiyəli yumor ustası Cem Yılmazın rejissorluğu ilə çəkilən “Pek yakında” filminin təqdimat gecəsi maraqlı anlarla yadda qalıb.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu, aktyorun rejissor kimi ilk işidir. Ötən gün bu münasibətlə təşkil edilən partidə dostlarını bir yerə toplayan C.Yılmazın tortu kəsdikdən sonra “Rəqqasə yoxdur? Hər şey tamamlanıb, ondan başqa” zarafatı cavabsız qalmayıb. Belə ki, əyləncə gecəsinə Dərya adlı oriental rəqqasə gətirilib. Maraqlı şoular göstərən Dərya ilə birlikdə Cem də oynayıb.
Gecənin sonunda filmi haqqında sualları cavablandıran yumor ustası “Təkbaşıma ilk dəfə rejissorluq etdim. Dostlarım da işimdən razı qaldılar. Filmin izlənmə rekordu 7 milyon ola bilər” deyib.