Hindistanın məşhur aktrisası Depikta Peduktonenin sinə dekoltesi ölkənin əsas gündəminə çevrilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirlərin birinə qatılan aktrisanın ağ libası medianın müzakirə obyekti olub.
“The Times of India” hətta bununla bağlı geniş xəbər hazırlayaraq “Tvitter” hesabında paylaşıb və “Aman Allah! Depikta Peduktonenin dekolte şousu” sözlərini yazıb.
Aktrisa isə “Mən qadınam. Sinəmin olması normaldır. Probleminiz nədir?” deyə reaksiya göstərib. Qəzetin əməkdaşları daha sonra yazdıqları tviti silərək “Biz əslində səni tərifləyirdik. Elə gözəl görünürdün ki, hamının bilməyini istədik” açıqlamasını verib.
D.Peduktone isə “Facebook” səhifəsində uzun bir yazı dərc edərək bədəni ilə qürur duyduğunu və bunu nümayiş etdirməkdən çəkinmədiyini söyləyib.