Xoşqədəm Hidayətqızının Əfqanıstandan fotoları

Xoşqədəm Hidayətqızının Əfqanıstandan fotoları
1921 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının Əfqanıstana getməsi ilə bağlı xəbər vermişdik.
 
Axşam.az-ın məlumatına görə, üç gün öncə yola çıxan aparıcı sözügedən ölkədən fotolarını İnstaqram səhifəsində paylaşıb.

O, şəkillərə “Bir körpənin üzündəki təbəssüm üçün ölümə belə gedərəm. “Məzari-Şərif”... Allah dualarımızı qəbul etsin. Bir əsgərin əlində çiçək olması daha gözəldir, özü də Əfqanıstanda” sözlərini yazıb.

Qeyd edək ki, bu, teleaparıcının Əfqanıstana ikinci səfəridir.