Yeni heyətlə rus estradasına qatılan ”VİA Qra” qrupu fotokamera önünə keçib.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, əfsanəvi qrupun yeni üzvləri də keçmiş həmkarları kimi cazibədar və cəsarətlidir.
Eks-“VİA Qra”çılardan geri qalmamaq üçün solistlər kişilər üçün nəzərdə tutulan jurnala açıq-saçıq pozlar veriblər. Qrupun üzvlərindən Erika:
“Bu tip çəkilişlər məni hər zaman ilhamlandırıb. Biz hamımız bütöv orqanizm kimi işləyirik. Aramızdakı balans çox xoşuma gəlir. Sevinirəm ki, fotoqraf gözünü bizdən ayıra bilmir. Onun baxışlarındakı alov bizim nə qədər gözəl göründüyümüzün büruzəsidir”, - deyə bildirib.
Qeyd edək ki, qrupun yeni üzvləri bu layihəyə “VİA Qraya istəyirəm” verilişində qalib gələrək qatıla bilib.