Midltona alt paltarı hədiyyə edəcək - fotolar

Midltona alt paltarı hədiyyə edəcək -  fotolar
2238 dəfə oxunub
  • A-
  • A
  • A+

32 yaşlı müğənni Britni Spirs alt paltarlarından ibarət yeni kolleksiyasına dəbdəbəli təqdimat mərasimi keçirib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, "The Intimate Britney Spears" adlanan kolleksiyanın Londonda baş tutan gecəsinə ifaçı qlamur geyimdə qatılıb. Media nümayəndələrinə açıqlama verən Britni bu kolleksiya üzərində iki il çalışdığını bildirib:

"Hər bir qadın geyindiyi libasda özünü gözəl və cəsarətli hiss etməlidir. Məqsədim - qadınları daha seksual, zövqlü və rahat göstərəcək alt paltarı hazırlamaq idi".

Spirs eyni zamanda bu yaxınlarda İngiltərə şahzadəsi Keyd Midltona xüsusi alt paltarı hədiyyə göndərəcəyini də deyib:

"Onu öz kolleksiyamdan olan alt paltarı ilə görməyi çox istəyirəm. Kolleksiyamdakı bütün modellərdən bir ədəd onun üçün göndərəcəm. Ən çox bəyəndiyini rahatlıqla seçsin".