Müğənni Roza Zərgərli “Bakı vaxtı ilə” adlı verilişinə təqdimat keçirib.
Axşam.az-ın məlumatına görə, media nümayəndələri ilə yanaşı, mərasimə sənət aləminin tanınmış simaları da qatılıb.
ATV telekanalında yayımlanacaq proqramın ilk buraxılışı dahi sənətkar Şövkət Ələkbərovaya həsr edilib. Verilişdə mərhum sənətkarın şəxsi həyatından tutmuş, peşəkar fəaliyyətində üzləşdiyi sıxıntılara qədər bir çox gizli məsələlərə toxunulacaq.
Proqramın qonaqları əməkdar artist Aybəniz Haşımova, tarzən Zamiq Əliyev, rejissor Arif Qazıyev, Ş.Ələkbərovanın tələbələrindən Almaz Orucova olub.
Layihənin yaradıcı heyəti arasında aparıcı Zabir Əliyev, prodüser Ataş Hüseynov də var. Veriliş yaxın günlərdə yayımlanacaq.