“Miss Model of The World” gözəllik müsabiqəsində ölkəmizi təmsil etmək üçün xanımlar arasında kastinq elan olunub.
Axşam.az-ın məlumatına görə, bu barədə təşkilatçı Aqil Məmiyev açıqlama verib:
“Ölkəmiz bu il ilk dəfə “Miss Model of The World” dünya gözəllik yarışmasına təmsilçi göndərəcək. Vaxt azlığı ilə əlaqədar olaraq ölkəmizdə final keçirməyəcəyik. Kastinq yolu ilə seçilən gözəllərimiz təşkilatın Azərbaycan üzrə komitəsinin rəyinə əsasən, ölkəmizi mötəbər yarışda təmsil edəcək. Seçilən iştirakçılar arasında boy, bədən ölçüləri, xarici dil biliyi , gözəllik və sairə amillərə üstünlük veriləcək”.
Qeyd edək ki, müsabiqə 1988-ci ildən hər il dünyanın nüfuzlu ölkələrində keçirilir. Builki final noyabrda Honk-Konq-da baş tutacaq.
Müsabiqənin beynəlxalq direktoru “World Beauty Congrens”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.