Bu günlərdə ikinci dəfə ana olan əməkdar artist Manana “Bizim gün” verilişində ilk dəfə tamaşaçı qarşısına çıxıb.
Axşam.az-ın məlumatına görə, ifaçı yeni doğulmuş körpəsindən bəhs edib:
“Oğlum yaxşıdır. Bütün uşaqlara gözəl həyat arzulayıram. Adını David qoyduq. Müqəddəs addır. Böyük tarixi var. Gürcüstanda David dəyərli bir simadır, onun ikonaları var, biz ona dualar edirik. Arzulayıram ki, mənim də oğlum böyük insan olsun”.
Qeyd edək ki, Manana 2008-ci ildə Georgi Qabalave adlı iş adamı ilə ailə qurub. Onların Elizabet adlı bir qız övladı da var.