Türkiyəli müğənni Haluk Levent avtomobil qəzası keçirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ifaçının maşını İzmit-Yalova yolunda avtobusla toqquşub. Avtomobili yolun kənarındakı tarlaya girən Haluk yaralanıb və dərhal xəstəxanaya aparılıb.
Qəza ilə bağlı açıqlama verən Levent "Sürücü qəfildən əyləci basdı, nə olduğunu başa düşmədim. Maşının içində çox əzildik. Ayağa qalxa bilmirdim" deyə, söyləyib.
Həkim Adnan Demirci isə müğənninin səhhətində ciddi problem olmadığını və sabah evə buraxılacağını bildirib.