Əməkdar artist Mətanət İsgəndərli “Danışmayacam” adlı mahnısına klip çəkdirib.
Axşam.az-ın məlumatına görə, sözləri Tağı Sadığa, musiqisi Ruslan Səfəroğluna məxsus olan bəstənin ekran həlli rejissor Ceyhun Kərimova həvalə edilib. Rejissor maraqlı ssenarisi olan klipi qısa filmə bənzətdiyini deyib:
“Klipdə Mətanət xanımın özü oynamayıb, aktyorlar Səbuhi Bayramov və Günel Həmidova rol alıb. Maraqlı bir ekran işidir. Klipə təqdimat da keçirəcəyik”.
"Danışmayacam"ın operatoru İlkin Şirinli, montaj rejissoru Aleks Anişenko, ssenari müəllifi isə S.Bayramovdur.