“Ən gözəl hədiyyəni həyat yoldaşımdan aldım” - fotolar

“Ən gözəl hədiyyəni həyat yoldaşımdan aldım” -  fotolar
6186 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün rejissor, aktyor Sərxan Kərəmoğlunun ad günüdür.

Axşam.az-ın müxbirilə söhbətində Sərxan deyib ki, ən gözəl təbriki həyat yoldaşından alıb:
 
“Gecəyarısı sənət dostlarım – Elnur Məmmədov, Səidə Sultan, Natavan Həbibi və Kərim Abbasovun sürprizi ilə qarşılaşdım. Ad günümü tort kəsib, birlikdə keçirdik. Ailəmdə isə ilk təbriki kiçik oğlum etdi. Ən gözəl hədiyyəni həyat yoldaşımdan almışam. Mənə adımla bağlı tort hazırladıb. İndiyə kimi də hədiyyələr, təbriklər alıram. Mənim üçün ən gözəl hədiyyə övladlarımın düzgün, dürüst böyümələridir. Sənət dostlarımın isə bir-birləri ilə mehriban olmalarını arzulayıram. Dalaşmasınlar, qalmaqal etməsinlər - bu, gözəldir”.

S.Kərəmoğlunun sözlərinə görə, ad gününü təkcə ailəsi ilə birlikdə qeyd edəcək.