Əməkdar artist Elza Seyidcahan Səhiyyə Nazirliyi tərəfindən keçirilən "Sağlam bədəndə, sağlam ruh" yürüyüşünə qatılıb.
Axşam.az-ın məlumatına görə, bu gün baş tutan yürüyüş Dənizkənarı parkda keçirilib. Bu haqda əməkdaşımızla söhbətində müğənni özü deyib. O, hətta mükafat aldığını da bildirib:
"Təklif Səhiyyə Nazirliyi tərəfindən edildi. Bu gün səhər bulvarda yürüyüşə çıxdıq. Sentyabrın 28 "Ürək günü" elan edilib. Tədbir də bununla əlaqədar idi. Mənimlə birlikdə tədbirdə idmançılarımız, səhiyyə işçiləri də iştirak etdi. Bütün həmkarlarımı sağlamlıq uğrunda keçirilən bu tip tədbirlərdə iştirak etməyə çağırıram. Mərasimdə mənə diplom da verildi".
Foto: Elxan Alisatov