Rusiyanın tanınmış aparıcısı Andrey Malaxovun Bakıya gəlməsi ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın "1news.az"a istinadən xəbərinə görə, ən reytinqli verilişlərdən olan "Pust qovoryat"ın ("Qoy danışsınlar") aparıcısının Bakı səfərinin məqsədi IV Beynəlxalq Televiziya festivalında iştirak etməkdir.
A.Malaxov İçərişəhərdə gəzərkən, şəkillər də çəkdirib. O, məşhur “Brilliant əl” filmindəki “lənətə gələsən” epizodunun lentə alındığı yerdə də olub. Malaxov fotoları şəxsi "Twitter" səhifəsində paylaşıb.