Elza 10 kiloqram arıqladı – fotolar

Elza 10 kiloqram arıqladı – fotolar
6674 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan arıqlamaq qərarına gəlib.

Axşam.az-ın məlumatına görə, müğənni bir neçə gündür idmanla məşğul olur. Artıq on kiloqram çəki itirən E.Seyidcahan əməkdaşımızla söhbətində pəhriz saxladığını bildirib:

“Son vaxtlar arıqlamaq qərarına gəlmişəm. İdmanı çox sevirəm. Ona görə də, bu yolla artıq çəkidən xilas olmaq istədim. Bizim ailəmizdə idmançılar çox olub. Dayım tanınmış əməkdar məşqçi Vahid Məmmədovdur. Qız uşağı olduğum üçün mənə idmana getməyə icazə vermirdilər. At çapmağa, üzgüçülüyə marağım var. Orucluqdan sonra indiyə kimi on kiloqram atmışam. Hazırda məşqçi Kamil Zeynallı ilə çalışıram. Efirdə çox kök görünürəm. Amma həyatda arıqlamağım hiss olunur”.