Məşhur aktrisa manyak tərəfindən izlənilir

Məşhur aktrisa manyak tərəfindən izlənilir
1730 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikanın məşhur “Taxt oyunları” ("Game of Thrones") serialında rol alan türkiyəli aktrisa Sibel Kəkilli “Facebook” hesabını bağlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb aktrisanın bir manyak tərəfindən təqib edilməsidir. Belə ki, S.Kəkilli izləyicilərinə müraciət yayıb:
 
“Əziz dostlarım! Gördüyünüz kimi, bir müddətdir “Facebook” səhifəmi açmıram. Buna səbəb Mayk Kennedi və ya Con Behan adlı manyak tərəfindən izlənilməyimdir. İki müxtəlif saxta addan istifadə edir.  M.Kennedi mənə əxlaqsız sözlər yazır, C.Behan isə özünü olduqca alicənab biri kimi göstərir. Bir sözlə, hər ikisi xəstədir”.