Oksana sevənlərinə sürpriz hazırlayıb

Oksana sevənlərinə sürpriz hazırlayıb
2660 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda Hindistanda olan rəqqasə Oksana Rəsulova vətənə qayıtmağa hazırlaşır.

Axşam.az-ın məlumatına görə, sənətçi Bakı üçün çox darıxdığını bildirib:

“Bakıya qayıtmağıma az vaxt qalıb. Sizinlə görüşməyə çox tələsirəm. Sevinirəm ki, sizi görəcəm. Bütün sosial şəbəkədəki dostlarıma sürprizim olacaq”.

Oksana əməkdaşımızla söhbətində bir həftədən sonra paytaxta qayıdacağını bildirib. O, sevənləri və media nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, O.Rəsulova Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” şousunun qalibi olub.