“Qırmızı xalı manyakı” bu dəfə ona sataşdı – fotolar

“Qırmızı xalı manyakı” bu dəfə ona sataşdı – fotolar
6969 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “qırmızı xalı manyakı”, ukraynalı jurnalist Vitali Sedyuk bu dəfə 28 yaşlı müğənni Siaraya sataşıb.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Paris Moda Həftəsi çərçivəsində keçirilən dəfiləyə qatılan Siara gözlənilmədən jurnalistin qəribə hərəkətləri ilə qarşılaşıb. V.Sedyuk əvvəlcə ifaçıya arxadan yaxınlaşaraq əynindəkiləri çıxarmağa başlayıb, daha sonra isə onu qucaqlayıb. Siara nə edəcəyini bilməyib.

Qeyd edək ki, bu, Vitalinin ilk belə xoşagəlməz hərəkəti deyil. Daha əvvəl də o, Kann Film Festivalında aktrisa Amerika Ferreranın ətəyinin altına girmək istəmiş, aktyor Bred Pittə isə yumruq atmışdı.